15 mart 2025 08:08
105

Trampın girov məsələləri üzrə xüsusi nümayəndəsi istefa verəcək

ABŞ Prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beler vəzifəsini tərk edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, istefa planlaşdırılıb və Tramp administrasiyasının Belerə başqa vəzifədə daha geniş səlahiyyətlər vermək istəyi ilə bağlıdır.

Eyni zamanda, “Axios” qeyd edib ki, Beler son vaxtlar Fələstinin HƏMAS hərəkatı ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs sazişinin bağlanması mümkünlüyü ilə bağlı birbaşa danışıqlarda iştirakına görə medianın diqqətini cəlb edib.