ABŞ hakimiyyəti Rusiya və Belarus vətəndaşları da daxil olmaqla 43 ölkənin vətəndaşları üçün ölkəyə giriş qaydalarını dəyişdirmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən xəbər verir.
ABŞ Dövlət Departamenti bu ölkələri üç kateqoriyaya ayırmağı planlaşdırır.
11 ölkənin - Əfqanıstan, Butan, Venesuela, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-yə giriş tamamilə qadağan ediləcək.
İkinci kateqoriyaya Rusiya, Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir. Bu ölkələrdən yalnız iş adamlarının ABŞ-yə girişi mümkün olacaq, turistlərə və immiqrantlara isə icazə verilməyəcək.
Üçüncü qrupa ABŞ hakimiyyətinin 60 gün ərzində bəzi çatışmazlıqları (məsələn, ölkəyə gələn şəxslər haqqında məlumat verməkdən imtina) aradan qaldırmağa icazə verəcəyi ölkələr aiddir.