Qırğızıstan Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
"Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Qırğızıstan tərəfi Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə ola biləcək sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir.
"Qırğız Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin qurulmasının tərəfdarıdır və bu baxımdan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - məlumatda vurğulanıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram