Süni zəkanın gələcəkdə hansı şəkildə istifadə olunacağı ilə bağlı qlobal çağırışlar müəyyən edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Telekomunikasiya Birliyinin Baş direktorunun müavini Tomas Lamanauskas XII Qlobal Bakı Forumunda danışıb.
O qeyd edib ki, qlobal iqtisadiyyatın mühüm hissəsini texnologiyalar təşkil edir: “Süni zəka sistemlərinin 45 faizi bu gün aktiv şəkildə istifadə edilir və son məhsullara böyük təsiri var. Ancaq hazırda dünyada məkanlar arasında rəqəmsal fərqlər var. Məsələn, Afrikada cəmi 20 faiz məlumatların emalı mərkəzi quraşdırılıb”.
T.Lamanauskas vurğulayıb ki, ötən il BMT sistemində 50-yə yaxın yeni mexanizmlər hazırlanıb: “Süni zəkanın gələcəkdə hansı şəkildə istifadə olunacağı ilə bağlı qlobal çağırışlar müəyyən edilib və mərkəzdə infrastruktur dayanır. Bütün dünyada qlobal mərkəzlər yaradılmalı, həmçinin süni zəka ilə bağlı qanunvericilik təkmilləşdirilməli, bacarıqlar da inkişaf etdirilməlidir. Çünki dünyanın yalnız 5 faizində süni zəka ilə bağlı bacarıqlı kadrlar yetişdirilib”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram