Münaqişələrin həlli üçün dünyanın sözə yox, fəaliyyətə ehtiyacı var.
“İki sahil” xəbər verir ki, bu barədə Liviyanın Avropa İttifaqındakı sabiq səfiri, Şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri Farida Allaqi XII Qlobal Bakı Forumunda danışıb.
“Qadınlar siyasətdə, biznesdə, hətta teznologiyada çalışırlar. Bizə öz ölkələrini sevən və güclü olan siyasətçilər lazımdır. Hazırda dünyada dəhşətli münaqişələrə şahidlik edirik. 612 milyon qadın silahlı münaqişə şəraitində yaşayır. Bu, məni qorxudur. Avropada, Yaxın Şərqdə müharibələr gedir. Mən qəti şəkildə inanıram ki, bu gün bizə söz yox, fəaliyyət lazımdır. Qadınlara, uşaqlara və kimsəsizlərə yardım etmək, yeni nəsil fəal qadın və kişi yetişdirmək lazımdır”, - o əlavə edib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram