XII Qlobal Bakı Forumunda son üç gündə aparılan müzakirələr təkcə əsas məsələləri əhatə etməklə kifayətlənməyib, həm də çoxtərəflilik, sülh və təhlükəsizlik, ekoloji və humanitar böhranlar, ədalət və bərabərlik, eləcə də gənclərin gücü kimi mövzularda qarşılıqlı anlaşma və aydınlıq üçün dialoqu təşviq edib. Nüfuzlu və ilhamverici spikerlərin rəhbərliyi ilə keçirilən bu müzakirələr Qlobal Bakı Forumunu həqiqətən də unikallaşdırır.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) nümayəndəsi Amirah Macid deyib.
O bildirib ki, forum, həmçinin iştirakçılara qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edərək, dayanıqlı və inklüziv gələcəyin qurulmasına töhfə vermək imkanı yaradır.
“Bu platforma beynəlxalq əməkdaşlığın və inteqrasiyanın möhkəmlənməsinə şərait yaradan mühüm qlobal görüşlərdən biri kimi öz əhəmiyyətini bir daha sübut edib”, - deyə o diqqətə çatdırıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram