15 mart 2025 16:03
101

İsrailin sabiq prezidenti: Dini inancından asılı olmayaraq hamı eyni müalicə üsulundan faydalanmalıdır

Xristianlar, müsəlmanlar, yəhudilər və digərləri eyni müalicə üsulundan faydalanmalıdır.

“İki sahil” xəbər verir ki, bunu İsrailin sabiq prezidenti Daliya Itzik XII Qlobal Bakı Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, insanlar dini inancından asılı olmayaraq birlikdə yaşamağa, xəstəliklərə, fəlakətlərə qarşı birgə mübarizə aparmağa öyrəşməlidir.

Eks-prezident İsrailin səhiyyə sisteminə də toxunub:

“İsraildə hər məhəllənin, icmanın özünün klinikası var. Hər hansı bir hadisə baş verərsə, həmin klinikaya rahat şəkildə müraciət etmək mümkündür”.

Xanım Daliya Itzik COVID-19 pandemiyası zamanı bir qrup israilli həkimin dünyanın müxtəlif ölkələrinə dəstək məqsədli səfərinə də diqqət çəkib.