Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, "Beşiktaş" səfərdə "Konyaspor"a uduzub - 0:1. Meydan sahibləri oyunda iki qrımızı vərəqə alaraq 9 nəfərlə qalsalar da, qonaqlar bu üstünlükdən yararlana bilməyiblər.
"Opta" statistik portalının məlumatına görə, "Beşiktaş" Superliqa tarixində ilk dəfə 9 nəfərlə qalan rəqibinə uduzub.
Qeyd edək ki, bu matçdan sonra "Beşiktaş" 44 xalla 4-cü, "Konyaspor" isə 31 xalla 13-cü pillədə qərarlaşıb.
Türkiyə Superliqası
28-ci tur
"Konyaspor" – "Beşiktaş" - 1:0
Qol: U.Yazğılı, 45.
Qırmızı vərəqə: M.Bostan,27, A.Ndao,64,("Konyaspor")