16 mart 2025 13:32
120

Ağcabədidə dələduzluq edən şəxs həbs edilib

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb.

“İki sahil” xəbər verir ki, araşdırma zamanı Elməddin Baxışovun təqaüd düzəltmək adı ilə 11 000 manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib./trend/