Martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,8-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,3 manat civarında dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 27-27,35 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Tovuz şəhərində qeydə alınıb.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb