Milli Məclis adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlanıb.
“İki sahil” xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.
Sədrin sözlərinə görə, məktubda onlara xalqın və dövlətin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulanır.
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram