İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.
Türkiyə Prezident Administrasiyasının rəsmisi Şuşadakı dəyişiklikləri yüksək qiymətləndirib
Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir