Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyaya işgüzar səfəri çərçivəsində Braziliya Milli Konqresinin üzvü Altino Kortes, Braziliya Senatının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin sədri Nelsinyo Tradla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumatda qeyd olunur ki, Elçin Əmirbəyov səfər çərçivəsində Braziliyanın Ticarət, İnnovasiya və Mədəniyyət katibi Lodemar Akia ilə də görüşərək müzakirə aparıb.
Elçin Əmirbəyov həmçinin yerli "TV Brazil" telekanalına müsahibə verib.
Türkiyə Prezident Administrasiyasının rəsmisi Şuşadakı dəyişiklikləri yüksək qiymətləndirib
Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir