19 mart 2025 19:19
91

Monteneqro millisinin sabiq futbolçusu vəfat etdi

Monteneqro millisinin sabiq futbolçusu Andriya Delibaşiç vəfat edib. 

“İki sahil” xəbər verir ki, onun apreldə 44 yaşı tamam olacaqdı. 2023-cü ilin mart ayında sabiq hücumçuda beyin şişi aşkar olunub. O, əməliyyat olunmuşdu və hətta "Buduçnost" klubunun idman direktoru vəzifəsində çalışmağa başlamışdı.

Qeyd edək ki, Andriya Delibaşiç "Partizan"la Serbiya çempionu, "Benfika" ilə isə Portuqaliya çempionu olub. O, karyerası ərzində həmçinin "Rayo Valyekano", "Erkules", "Real Sosyedad", "Malyorka" kimi klublarda da oynayıb. Millisinin heyətində 21 matça çıxaraq 6 qol vurub.