Göyçay rayonunun Çərəkə kəndində ümumi sahəsi 300 m² olan restoranın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 140 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.