SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” Korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə “ExxonMobil” Korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO