21 mart 2025 11:51
205

Mənzildən qadın meyiti tapıldı

Sumqayıt şəhərində mənzildən qadın meyiti tapılıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birinin mənzilində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Gülyaz Novruzovanın meyiti yaşadığı evində aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.