27 mart 2025 19:17
204

Cəlilabadda ağır yol qəzasında xəsarət alan ikinci şəxsin kimliyi məlum olub

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alan ikinci şəxsin kimliyi məlum olub.

“İki sahil” xəbər verir ki, o, 1998-ci il təvəllüdlü Vüsal Abdullayevdir.

Qeyd edək ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, qəza nəticəsində "VAZ 2101" markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə dünyasını dəyişib.

Əlavə edək ki, qəza nəticəsində dünyasını dəyişən G.Abdullayevə V.Abdullayevin anası, S.Niftəliyevin isə həyat yoldaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir. ("Report")

***

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların sayı artıb.

 TƏBİB-dən bildirilib ki, martın 27-də saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

1953-cü il təvəllüdlü (kişi) şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü (kişi) şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib. 

Hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. 

Bir nəfərin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.