21 mart 2025 14:06
212

Misir Prezidenti yarım milyon fələstinlini qəbul etməyə hazır olduğunu bəyan edib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Donald Trampın təşəbbüsü ilə Qəzzadan təxliyə edilən yarım milyon fələstinlini müvəqqəti qəbul etməyə hazır olacağını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.

Eyni zamanda, digər mənbələr tərəfindən hələlik təsdiqini tapmayan xəbərdə fələstinlilərin Sinay yarımadasının şimalında onlar üçün xüsusi olaraq ayrılacaq bir şəhərə köçürüləcəyi bildirilir. Bu məqsədlə fələstinlilərin "Rəfah" keçid məntəqəsi vasitəsilə Misir ərazisinə girişinə icazə veriləcək.