Rusiya və ABŞ arasında məsləhətləşmələrin ikinci raundu aprelin ortalarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tuta bilər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.
"Rusiya və ABŞ arasında texniki məsləhətləşmələr davam edəcək, baxmayaraq ki, danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təşkilati məsələlər hələ müzakirə olunmayıb. Nümayəndə heyətləri aprelin ortalarında Ər-Riyadda növbəti görüş keçirə bilər", - mənbə bildirib.