"Barselona"nın futbolçusu Rafinya baş məşqçisi Hans-Diter Flikdən danışıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri məlumat yayıb:
"Amerika Kubokundan sonra "Barselona"nı tərk etmək fikrində idim. Flikin mənə zəng etməsinə qədər, mən özümü mental cəhətdən rahat hiss etmirdim. Gözlədiyimdən pis mövsüm keçirmişdim və mənim getməyimi istəyən insanları görürdüm. Həqiqətən, getməyi düşünürdüm. Lakin Hansi Flik mənim həyatımı dəyişdi. Mənə zəng etdi və dedi ki, qərar verməmiş məşqə gəlim, çünki o, mənimlə danışmaq istəyirdi və güvənirdi. Bu, qalmaq qərarımda dönüş nöqtəsi oldu. Həyat yoldaşımla danışdım və dedim ki, əgər bu insan ədalətlidirsə və mənim zəhmətimi görəcəksə, məni bir həftəyə istəyəcək və buna görə peşman olmayacaq. Düşünürəm ki, haqlı idim".
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində 42 oyuna çıxaraq 27 qol vurub və 20 qolun ötürməsini edib.