Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar