Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov ölkəsinin Fövqəladə Hallar Nazirliyinə xüsusi texnikanın verilməsi mərasimində Prezident İlham Əliyevin simasında Azərbaycan rəhbərliyinə səmimi minnətdarlığını bildirib.
“İki sahil” xəbər verir ki, səfir həmçinin Azərbaycanın Qırğızıstana göndərdiyi ən növbəti yardıma görə Azərbaycan xalqına və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobilini Qırğızıstana verib.
“Bu, qardaş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndiyinin və gələcəkdə daha da möhkəmlənəcəyinin əsl sübutudur. Bu, türk qardaşlığımızın daha da möhkəmlənməsi məqsədilə lazımi şəraitin yaradılması üçün liderlərimizin - prezidentlərimizin müəyyən etdikləri siyasi kursun təminatıdır”, - səfir jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu yardım hazırda ölkəsi üçün həqiqətən də çox vacibdir. “Məhz yaz aylarında sel və digər fövqəladə hallar baş verir. Xüsusi texnika Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün çox faydalı olacaq”, - Mamıtkanov qeyd edib.
Xatırladaq ki, humanitar yardım Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə göndərilib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır