22 mart 2025 18:38
147

Parisdə polisin təqibi 13 nəfərin xəsarət alması ilə nəticələnib

Fransa paytaxtı Parisdə polisin təqibi 10-u asayiş keşikçisi olmaqla, 13 nəfərin xəsarət aldığı kütləvi yol-nəqliyyat hadisəsi ilə başa çatıb.

“İki sahil” “İzvestiya”ya istinadən xəbər verir ki, hadisə oğurlanmış avtomobilin sürücüsünün polisin tələblərinə məhəl qoymayaraq qaçmağa cəhd etməsi nəticəsində baş verib.

Lakin qaçış uğursuz alınıb: cinayətkar işıqfora çırpılıb, ardından üç polis maşını da onun maşınına çırpılıb.

Toqquşma zamanı ilk polis maşını oğurlanmış avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində 10-u polis olmaqla 13 nəfər xəsarət alıb. Qaçmağa cəhd edən 3 şübhəli saxlanılıb.