Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi insan tələfatına səbəb olan kütləvi meşə yanğınlarına görə ölkənin üç regionunda fəlakət vəziyyəti elan edib.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə nazirlyin məlumatında deyilir.
"Bu, yanğınla mübarizə üçün bütün mümkün resursları səfərbər etməyə imkan verəcək", - nazirlik bildirib.
Cənubi Koreya mətbuatının məlumatına görə, yanğınlar nəticəsində 4 xilasedici həlak olub, daha 6 nəfər yaralanıb.
"Yonhap" agentliyi 500 nəfərin təxliyə edildiyini, 260 nəfərin evsiz qaldığını və müvəqqəti sığınacaqlara yerləşdirildiyini açıqlayıb.
Qeyd olunur ki, yanğın olan ərazilərdə dəmir yolunun fəaliyyəti müvəqqəti dayandırılıb, magistral yollar bağlanıb.