İranın paytaxtı Tehranda üç mərtəbəli yaşayış binasında partlayış olub.
Bu barədə “İki sahil” İRNA-ya istinadla xəbər verir.
Məlumata görə, hadisə qaz sızmasından baş verib. Partlayış nəticəsində 21 nəfər xəsarət alıb. Onlardan 11-i xəstəxanaya yerləşdirilib, 10 nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edilir ki, bina zərbənin gücündən dağılıb.