22 mart 2025 23:37
252

İmamoğlu və digər 90 şübhəlinin dindirilməsi başlayıb - YENİLƏNİB

İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.

“İki sahil” bu barədə "Haber Global"a istinadla xəbər verir.

Prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

***

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəli iki istintaq üzrə prokurorlar qarşısında dindirilir. 

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" xəbər verir.

Şübhəlilərdən ifadə almaq üçün 30 prokuror təyin edilib. Dindirilmə başa çatdıqdan sonra onlar iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.