22 mart 2025 23:29
184

Nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Arlaadi Media” portalı məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub.

Təyyarə Keniya sərhədi yaxınlığındakı Dhobley şəhərindən Moqadişuya uçurdu.

Hadisənin səbəbləri araşdırılır.