22 mart 2025 23:59
187

İsrail HHQ Dəməşqin cənubundakı hərbi obyektlərə zərbələr endirib

İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin cənubundakı hərbi hədəflərə hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Məlumata görə, hava hücumu Dəməşqin cənubunda yerləşən Nəcha şəhərindəki hərbi obyektlərə və zabit yataqxanalarına endirilib.

Tələfat və maddi dağıntılar barədə məlumat yoxdur.