Rusiyada “Crocus City Hall”da təşkil edilən faciəvi terror aktından 1 il keçir.
“İki sahil” xəbər verir ki, terror ötən il martın 22-si axşam saatlarında bir qrup silahlı yaraqlı “Piknik” qrupunun konserti zamanı kompleksə girərək atəş açıb.
Daha sonra bina alovlanıb və çöküb.
Faciədə 145 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.