23 mart 2025 23:46
227

ABŞ-Ukrayna danışıqları Ər-Riyadda davam edir

ABŞ və Ukrayna arasında Ər-Riyadda danışıqlar hələ də davam edir. Tərəflər hazırda fasiləyə çıxıblar.

İki sahil” xəbər verir ki, bu barədə “Ukrinform” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, danışıqların ikinci raundunun bir neçə dəqiqə ərzində başlayacağı gözlənilir.

Ukraynanın müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Aleksandr Karaseviç, Prezident Aparatının rəhbər müavinləri Pavlo Palisa və İqor Jovkva, energetika nazirinin müavini Nikolay Kolisnik daxildir.

Bu gün səhər saatlarında Ukrayna nümayəndə heyəti Ər-Riyadda ABŞ komandası ilə bir sıra mürəkkəb texniki məsələlərə diqqət yetirərək müzakirələrə başlayıb. Umerov qeyd edib ki, komandalar kritik məsələlər üzərində işləyirlər, danışıqlarda ukraynalı enerji mütəxəssisləri və həm dəniz, həm də hava hücumundan müdafiə sektorunun hərbi nümayəndələri iştirak edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”