24 mart 2025 10:58
349

Daha kiçik "Galenvagen"lər istehsal olunacaq

Dünyaya sonuncu İran şahı Rza Şah Pəhləvidən yadigar qalan "G-Class" "Mercedes" şirkətinin əsl simvolu rolunu oynayır.

“İki sahil” xəbər verir ki, "Maybach G650 Landaulet", "4x4 Squared" və 6x6 kimi xüsusi versiyaları istisna olmaqla, "Mercedes" indiyə qədər "G-Class" ailəsini kifayət qədər toxunulmaz saxlamağa çalışıb.

İstehsalçı artıq modellə bağlı bu mövqedən əl çəkmək və kompakt "G-Class" istehsal etmək qərarına gəlib.

Şirkət mətbuata açıqlamasında əfsanəvi "G-Class" ailəsinin yeni, daha kiçik versiya ilə genişlənəcəyini vəd edib.

Şirkət hələ ki, avtomobilin xüsusiyyətləri ilə bağlı məlumat vermir və "G-Class"ın yeni versiyası haqqında demək olar ki, heç nə məlum deyil.