Azərbaycan hökuməti martın 19-da D-8 (Developing-8) İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi olaraq təqdim edib və bununla da Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulma prosesi başa çatıb.
Bu barədə "İki sahil" təşkilata istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən D-8-ə üzv dövlət və hökumət başçılarının 11-ci sammitində Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti yekdilliklə qəbul edilib.
“Bu qərardan sonra Azərbaycan təşkilata üzvlük üçün vacib şərt olan D-8 Nizamnaməsinin ratifikasiyası prosesinə başlayıb. Bu proses çərçivəsində Azərbaycan Milli Məclisi 7 mart 2025-ci il tarixində D-8 Nizamnaməsinin ratifikasiyası haqqında 149-VIIQ saylı Qanunu qəbul edib, daha sonra həmin qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq rəsmi qüvvəyə minib.
Şübhəsiz ki, Azərbaycanın D-8-in doqquzuncu üzvü kimi qoşulması təşkilatın inkişafında mühüm mərhələdir. Bu hadisə yeni imkanlar açmaqla təşkilatın Nizamnaməsində təsbit edilmiş məqsəd və vəzifələrin həyata keçirilməsində üzv dövlətlər arasında əməkdaşlığı daha da gücləndirmiş olacaq”,- deyə təşkilatın bəyanatında vurğulanır.
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram