Qədim və milli Novruz bayramı Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbində təntənə ilə qeyd edilib.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, məktəblilər Novruz bayramı, onun adət-ənənələri ilə bağlı məlumatlandırılıblar. Məktəblilərə ölkəmizdəki bayram adət-ənənələrindən danışılıb. Bayram tədbirinə sevinc qatan Novruz xonçası haqqında məlumat verilib.
Bildirilib ki, Azərbaycandan kənarda yaşayan məktəblilər Novruz adət-ənənələrini olduqları ölkədə gələcək nəsillərə ötürməlidirlər. Məktəblilər Novruz şirniyyatlarına, ləbləbilərinə qonaq ediliblər. Onlar yumurta boyayıblar. Papaqatdı adəti uşaqlar tərəfindən daha çox sevilib. Həmçinin, məktəblilərə xonça bəzəmək öyrədilərək, onun haqqında məlumat verilib.