Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda (Səudiyyə Ərəbistanı) təxminən bir saat əvvəl elan olunan fasilədən sonra danışıqları davam etdirirlər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.
Məsləhətləşmələr doqquz saatdan çoxdur, davam edir.
Qeyd edək ki, tərəflər əvvəllər üç dəfə danışıqlarda fasilə elan ediblər.