Gəncədə yeniyetmə bıçaqlanıb.
“İki sahil” İctimai TV-yə istinadla xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsi yaxınlığında baş verib.
İlkin məlumata görə, 17 yaşlı T.Əsgərov “TikTok”da mübahisə etdiyi şəxs tərəfindən bıçaq xəsarətləri alıb.
Yeniyetmə “kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib
Batumidə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib