Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“İki sahil” xəbər verir ki, Belarus Prezidenti məktubunda bildirib: “Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək”.
Aleksandr Lukaşenko bu əlamətdar bayram günündə dövlətimizin başçısına möhkəm cansağlığı və planlarının uğurla həyata keçməsində uğurlar, ölkəmizin əhalisinə sülh və əmin-amanlıq arzulayıb.
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram