25 mart 2025 19:34
152

Aeroport şosesində yol-nəqliyyat hadisəsi: sıxlıq yaranıb

Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilir ki, qəza səbəbindən həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.