25 mart 2025 20:27
152

Çingiz İsmayılovun xatirəsi yad ediləcək

Azərbaycan millisinin Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

“İki sahil” qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, sükut zamanı mərhumun şəkli stadiondakı tabloda əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu saat 21:45-də başlayacaq.