Fransanın iki kəşfiyyat təyyarəsi Yuxarı Marnda (Haute-Marn) təlim zamanı toqquşub.
“İki sahil” xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlim zamanı Fransa kəşfiyyatına məxsus (Patrouille de France) iki “Alpha Jet” reaktiv təyyarəsi Sənt-Dizyedə (Saint –Dizier) 113 saylı hava bazası yaxınlığında martın 25-də yerli vaxtla saat 15:35-də toqquşub.
Bildirilir ki, iki pilot və bir sərnişin katapult edə biliblər və şüurlu vəziyyətdədirlər. Üçüncü şəxslərə dəyən ziyan və mümkün mülki itkilərlə bağlı qiymətləndirmə aparılır. Qəza yerinə yaxı olan sement anbarına ziyan dəydiyi deyilir.