26 mart 2025 12:11
207

İmamoğlunun yerinə onu seçəcəklər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) İBB Başqan Vəkili üçün göstərəcəyi namizəd müəyyənləşib. Qərarın bu gün yerli vaxtla saat 13:00-da keçiriləcək bələdiyyə məclisi toplantısında veriləcəyi gözlənilir.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bu vəzifəyə Nuri Arslan namizəd göstəriləcək.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məclisi 314 üzvdən ibarətdir və partiyalar üzrə bölgü aşağıdakı kimidir:

CHP – 185 üzv

AKP – 120 üzv

MHP – 6 üzv

BBP – 2 üzv