25 mart 2025 22:42
140

Paşinyan Rubio ilə sülh sazişini müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

“İki sahil” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, tərəflər sülh müqaviləsi sazişinin layihəsini müzakirə ediblər.

Paşinyan Rubionu Azərbaycanla danışıqlar prosesi ilə bağlı məlumatlandırıb və qeyd edib ki, sənəd imzalanmasını gözləyir.

Görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığı və gündəmdə olan regional məsələlərə də toxunulub.