26 mart 2025 00:17
145

Məğlub olmamaq üçün əlimizdən gələni etdik - Fernandu Santuş

İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini izah edib: "İlk hissədə gər iki komanda intensivlik göstərdi. İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar. Tapşırıqlarımızdan sonra hücuma atılmağa başladı. Balanslı oyun getdi, buna baxmayaraq iki qol buraxdıq. İkinci hissədə yaxşı oynadıq. Təəssüflər olsun ki, bəsit səhvlər buraxdıq. Hiss edirdim ki komanda qol vura bilər. Ona görə də üçlü müdafiə sisteminə keçdik və cinahlardan daha çox hücum etməyə çalışdıq. Ümumilikdə oyunçularım yaxşı çıxış etdi. Məğlub olmamaq üçün əlimizdən gələni etdik. Futbolçular üzgündürlər, işimizi davam etdirməliyik".

Baş məşqçi Zamiq Əliyevin çıxışı haqda danışıb: "Zamiq Əliyevin 20 yaşı var. Gənclər oynamaldırlar ki, özlərinə inam yaransın. Səhv etməkdən qorxsalar inkişaf olmayacaq".

Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan Azərbaycan – Belarus görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.