Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bunun üçün yaxşı imkanlar yaratmışdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır