26 mart 2025 13:50
212

Cənubi Koreyada Rusiyaya məxsus gəmidə yanğın olub

Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın baş verib.

“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Busandakı Baş Konsulluğu məlumat yayıb.

"Martın 26-da yerli vaxtla saat 07:14-də Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində (heyət 23 nəfərdən ibarətdir, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. Busan dəniz polisinin məlumatına görə, altı rusiyalı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, yanğının səbəbi maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi ola bilər.

Gəmi Cənubi Koreyada təmirdə olub.