26 mart 2025 14:09
209

Çanaqqalada 41 nəfər qanunsuz miqrant saxlanılıb

Türkiyənin Çanaqqala vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 41 nəfər saxlanılıb.

“İki sahil” xəbər verir ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, Çanaqqalanın Ayvacık rayonunun ərazi sularında aşkarlanıblar. Rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslərdən 20-si azyaşlıdır.

Əfqanıstan və İran vətəndaşları olduqları müəyyən edilən şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.