26 mart 2025 14:12
240

Naxçıvan şəhərinin və Şahbuz rayonunun məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstərib

2023-2024-cü tədris ilində buraxılış imtahanlarında ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərinin  və Şahbuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri göstərib

“İki sahil” xəbər verir ki,  Dövlət İmtahan Mərkəzi 2023- 2024-cü tədris  ili üzrə    IX və XI siniflərin  buraxılış imtahanın nəticələri ilə bağlı illik hesabatı açıqlayıb. 

Hesabatda qeyd olunur ki,  IX siniflərdə ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərinin şagirdləri göstərib (141.16).

İlk beşliyin növbəti sıralarında isə  Sumqayıt şəhərlərinin (138.83), Şahbuz (136.57),  Qubadlı (132.05) rayonlarının və Bakı şəhərinin (127.75) şagirdləri qərarlaşıb. 

 XI  siniflər üzrə buraxılış imtahanında isə ilk beşliyin ikincisi yüksək Naxçıvan şəhərinin (157.36) məktəbliləri olub. 

 Sumqayıt şəhərinin məktəbliləri  birinci (163.09), növbəti sıralarda isə  Qubadlı (156.99),  Şahbuz (151.87) rayonlarının və Bakı şəhərinin (151.80) şagirdləri yüksək nəticələrinə görə digər rayonlardan fərqləniblər.