Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri ölkənin nüvə silahından çəkindirmə gücünü artırmaq üçün nüvə silahı daşıya bilən yeni “HMS Dreadnought” tipli atom sualtı gəmisinin tikintisinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.
Qeyd olunub ki, gəminin su tutumu 17 min tondan, uzunluğu 500 futdan (152 m) çox, heyəti isə 130 nəfərdən ibarət olacaq.
Bu sualtı gəmi mövcud “Vanguard” sinfini əvəz edəcək.