Samux rayonunda 3.6 maqnitudada zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 17:09-da Gəncə stansiyasından 36 km şimal-şərqdə, 10 kilometr dərinlikdə zəlzələ qeydə alınıb.