Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Tofiq Musayevin qurumun Baş katibinə ünvanlanmış məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi məlumat yayıb.
Müraciət məktubunda vurğulanıb ki, regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərini icra etməsini tələb edir:
"Regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməsini, ərazi iddialarından tam və qeyd-şərtsiz imtina etməsini, təcavüz və işğalı nəticəsində Azərbaycana vurduğu ziyanı aradan qaldırmasın, həmçinin dezinformasiya və yanlış məlumatlardan, eləcə də dövlətlərarası münasibətlərin normallaşması perspektivlərinə mane olan hər hansı digər hərəkətlərdən çəkinməsini tələb edir".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır